Rəşad Mustafayev: "Peşəfest 2026"da ən böyük maraq tibb bacısı və tibb qardaşı ixtisasına olub

Sosial müdafiə
  • 06 noyabr, 2026
  • 14:02
Rəşad Mustafayev: Peşəfest 2026da ən böyük maraq tibb bacısı və tibb qardaşı ixtisasına olub

"Peşəfest 2026"da ən böyük maraq tibb bacısı və tibb qardaşı ixtisasına olub.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Bakıda keçirilən "Peşəfest 2026" layihəsinin bağlanış mərasimi zamanı bildirib.

O deyib ki, tədbirlərdə 180 minə yaxın gənclər iştirak edib:

"Burada 11 peşə ixtisası təqdim olundu. Ən böyük maraq tibb bacısı və tibb qardaşına olub. Ondan sonra uçuş mühəndisi və barista maraqlar formalaşıb. Bunlar müvafiq olaraq 27000, 24000 və 19000 gənclərin ora yaxınlaşıb marağını göstərməsi ilə təmin olunub. Bu bizim üçün çox vacibdir ki, gənclərimiz yaxınlaşıb peşə mütəxəssisləri ilə danışsınlar, gələcəkdə onlara təklif olunan peşələri yaxından anlasınlar, suallarını versinlər ki, peşə istiqamətlərini daha yaxşı müəyyənləşdirə bilsinlər".

YENİLƏBİR

44 filmi