Qida Təhlükəsizliyi İnstitutu işçi axtarır
Sağlamlıq
- 09 iyul, 2020
- 10:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən Bakı şəhəri və regionlar üzrə qida təhlükəsizliyinə nəzarət sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə mikrobiologiya ixtisası üzrə namizədlərlə müsahibə elan edilib.
"Report" xəbər verir ki, namizədlər mövzu yerində “AQTİ - (aidiyyəti ixtisası)” yazaraq anket formasını 27.07.2020-ci il tarixinədək hr.aqti@afsa.gov.az ünvanına göndərməlidirlər.
Namizədlərdən tələb olunan bilik və bacarıqlar:
- Biologiya və ya tibbi biologiya ixtisası üzrə ali təhsil (magistratura səviyyəsi arzuolunandır);
- Azərbaycan dilini səlis bilməlidir (rus və ya ingilis dilini bilənlərə üstünlük veriləcək);
- Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi zəruridir (sertifikatları olanlara üstünlük veriləcək);
- Korporativ ünsiyyət bacarığı olmalıdır.
Namizədin vəzifə öhdəlikləri:
- Laboratoriyada təhlükəsizlik qaydalarını bilmək və tətbiqini təmin etmək;
- Sınaqları aparmaq, nəticələrin vaxtında qeydiyyatını və təqdim olunmasını təmin etmək;
- Bakteriya və mikroorqanizm kulturalarını izolyasiya etmək və nəticəni düzgün qiymətləndirmək;
- Cihaz və ya avadanlıqlarda işləmə bacarığına malik olmaq və aralıq yoxlamaların aparılmasını təmin etmək;
- Qida mühitləri və reagentləri hazırlamaq;
- Sınaq nəticələrinin etibarlılığını təmin etmək məqsədilə reagentlərin, qida mühitlərinin, nəzarət ştammalarının düzgün saxlanmasını təmin etmək;
- Sınaq üçün tələb olunan materialların siyahısını hazırlamaq;
- Ətraf mühitin şəraitinə uyğun tələblərin qarşılanmasını təmin etmək;
- Laborant və sanitarların fəaliyyətinə nəzarət etmək;
- İşlədiyi sahə üzrə Standart Əməliyyat Prosedurlarını hazırlamaq və onların icrasını təmin etmək.
Üstünlüklər:
- Uyğun gələn, lakin iş təcrübəsi olmayan namizədlərin aidiyyəti təlimlərə cəlb edilərək qiymətləndirildikdən sonra işə qəbul olunması imkanları;
- Əmək fəaliyyəti zamanı istehsalatdan ayrılmadan aidiyyəti təlim, təkmilləşmə və yenidən hazırlıq təlimlərinə cəlb olunması imkanları;
- Yerinə yetirilən işin həcmi və keyfiyyətinə uyğun olaraq mükafat sisteminin tətbiqi imkanları.
Tələblərə cavab verən namizədlər CV-ləri təhlil edilərək müsahibəyə dəvət olunacaqlar. Suallarla bağlı müraciət üçün əlaqə nömrələri: +99412 377-00-20 (530, 531, 532)
Son xəbərlər
15:33
Aİ-də "TikTok" alqoritmləri istifadəçilərin psixi sağlamlığı üçün təhlükəli hesab edilib
Digər ölkələr
15:31
Azərbaycan və Çin hava əlaqələrinin genişləndirilməsini müzakirə edib
Turizm
15:31
Belçika Kralı baş nazirin istefa xahişini rədd edib
Digər ölkələr
15:27
PFL I Liqada "Ayın qolu"nun müəllifini mükafatlandırıb
Futbol
15:20
Foto
Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb
Sosial müdafiə
15:17
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
Ekologiya
15:10
Həyəcan siqnalı verən təyyarə Rumıniyanın Otopeni şəhərində uğurla eniş edib
Digər ölkələr
15:08
"Şəki"nin baş məşqçisi Ceyhun Həsənli: "Əsas liqaya daha güclü şəkildə qayıtmaq istəyirik"
Komanda
15:07
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Elm və təhsil