Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
- 06 noyabr, 2026
- 13:03
Yeniliklərdən dərhal xəbərdar olun!
İrsi qan xəstəliyi olan hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, pasiyentlər dərmanlarını almaq üçün hələ də ayda 2 dəfə rayonlardan Bakıya gəlirlər:
"Şəmkirdə yaşayan bir xəstə ildə 27 dəfə Bakıya gəlib-getməli olur, bu isə 27 min kilometr məsafə deməkdir. Bu administrativ bir çətinlik olsa da, problem artıq bir neçə ildir ki, davam edir. Təklifim ondan ibarətdir ki, bu dərmanlar ən yaxşı halda rayon mərkəzi xəstəxanalarına aylıq olaraq çatdırılsın".
Deputat həmçinin vurğulayıb ki, regionlarda ilkin səhiyyə xidmətinin əlçatanlığının təmin edilməsi məqsədilə modul tipli kənd həkim, kənd tibb məntəqələrinin quraşdırılması vacibdir.