Zaxarova: Moskva və İrəvan Rusiya bazasının Ermənistandan çıxarılmasını müzakirə etməyib
Region
- 19 iyun, 2025
- 18:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Moskva və İrəvan daimi dialoqdadır, lakin Rusiya bazasının Ermənistan ərazisindən çıxarılması məsələsi tərəflər arasında heç vaxt müzakirə olunmayıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova "News.ru" portalının sualını cavablandırarkən brifinqdə bildirib.
O qeyd edib ki, Moskva İrəvanla bütün istiqamətlərdə müntəzəm dialoqa malikdir: “Bu məsələ praktiki müstəvidə heç vaxt qaldırılmayıb”.
"Ola bilsin ki, bu məsələ Ermənistanın cəmiyyətləri, ictimai qrupları və ya ekspert dairələri daxilində müzakirə olunub. Bu başqa məsələdir. Lakin İrəvanla qarşılıqlı əlaqəmizdə bu məsələ qaldırılmayıb", - M.Zaxarova vurğulayıb.
Son xəbərlər
06:58
Tramp: Şimali Koreyanın "Binance" birjasına kiberhücumla əlaqəli olub-olmadığını bilmirik
Digər ölkələr
06:29
Hemilton 2023-cü ildən bəri ilk dəfə "Formula 1" Qran-prisinin təsnifat mərhələsinin qalibi olub
Formula 1
05:52
ABŞ Prezidenti İrana zərbələri bərpa etmək barədə suala cavab verməkdən yayınıb
Digər ölkələr
05:20
Tramp Mayamidə keçiriləcək G20 sammitinə Zelenskini dəvət etmək niyyətindədir
Digər ölkələr
04:55
FTB "Binance" birjasından edilən oğurluğu Şimali Koreyadan olan hakerlərin törətdiyindən şübhələnir
Digər ölkələr
04:23
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
03:38
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
Digər ölkələr
03:12
Türkiyənin Kapital Bazarları Şurasına yeni sədr təyin edilib
Region
02:35
Haaqada gənclərin etiraz aksiyalarında 34 nəfər saxlanılıb
Digər ölkələr