Türkiyədə İŞİD qruplaşması ilə əlaqədə şübhəli bilinən Azərbaycan vətəndaşı tutulub

Region
  • 06 iyul, 2018
  • 06:50
Türkiyədə İŞİD qruplaşması ilə əlaqədə şübhəli bilinən Azərbaycan vətəndaşı tutulub

Bakı. 6 iyul. REPORT.AZ/ Türkiyədə terrorçu İŞİD qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində biri Azərbaycan vətəndaşı olmaqla 11 nəfər tutulub.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, əməliyyat iyulun 6-da ölkənin Yalova bölgəsində yerli Polis İdarəsinin Terrora qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfində keçirilib.

Saxlanılan şəxslər İŞİD-lə əlaqədə şübhəli bilinirlər. Onların 9-u Türkiyə, 1-i Azərbaycan, 1-i isə Misir vətəndaşlarıdır.