Türkiyə Qara dənizdə təhlükəsizlik üçün səylərini davam etdirir

Region
  • 31 oktyabr, 2026
  • 20:07
Türkiyə Qara dənizdə təhlükəsizlik üçün səylərini davam etdirir

Türkiyə Qara dənizdə təhlükəsizliyi təmin etmək üçün səylərini və Rusiya ilə bu istiqamətdə təmasları davam etdirəcək.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

"Mülki gəmilərə qarşı hücumların və Qara dənizdə gərginliyi artıracaq addımların heç kimə fayda verməyəcəyi aydındır", - o bildirib.

Ərdoğan çıxışında Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini xatırladıb.

44 filmi