Son bir ildə 849 nəfərə Gürcüstan vətəndaşlığı verilib
Region
- 10 iyun, 2019
- 15:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanda ötən ilin avqustundan bu ilin iyun ayının 6-na qədər 849 nəfərə ölkə vətəndaşlığı verilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə nazirinin birinci müavini Mixeil Sarcveladze parlamentin Diaspor və Qafqaz məsələləri komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, həmin dövrdə 1 065 şəxsin Gürcüstan vətəndaşlığını alması ilə bağlı müraciəti təmin olunmayıb.
Hesabat dövründə Gürcüstan vətəndaşlığının saxlanılması ilə bağlı 5 565 müraciət daxil olub ki, onların 3 372-si təmin olunub, 637 şəxs isə imtina cavabı alıb.
M.Sarcveladze bildirib ki, vətəndaşlığın bərpa olunması ilə bağlı daxil olan 2 967 müraciətin isə 1 482-si təmin edilib.
Son xəbərlər
11:52
DVX: Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10 % güzəşt ediləcək
Maliyyə
11:51
DVX: İxrac olunan təkrarsığorta xidmətlərinə 25 %-lik vergi güzəşti nəzərdə tutulur"
Maliyyə
11:49
Nicat İmanov: "İki il fəaliyyət göstərən KOB-lara 25 %-lik vergi güzəşti veriləcək"
Maliyyə
11:47
Azərbaycan futzal millisinin kapitanı Emin Kürdov: "Qazandığımız hər bir xal qızıla bərabərdir"
Futbol
11:46
Orxan Nəzərli: "Mikro sahibkarların ödədiyi vergilər növbəti il tam həcmdə qaytarılacaq"
Biznes
11:44
Sahil Babayev: Təhsil və elm xərcləri ÜMD-in 3,8 %-ə bərabərdir
Elm və təhsil
11:44
Kartvelişvili: Çinlə əməkdaşlıqla yanaşı, Azərbaycan və Türkiyə ilə strateji əlaqələri gücləndirmək vacibdir
Region
11:43
Foto
Azərbaycan Tibb Universitetində Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
Sosial müdafiə
11:42
Orxan Nəzərli: "Yükdaşıma sektorunda 8 %-lik sadələşdirilmiş vergi rejimi tətbiq oluna bilər"
İnfrastruktur