Orxan Nəzərli: "Mikro sahibkarların ödədiyi vergilər növbəti il tam həcmdə qaytarılacaq"

Biznes
  • 06 noyabr, 2026
  • 11:46
Orxan Nəzərli: Mikro sahibkarların ödədiyi vergilər növbəti il tam həcmdə qaytarılacaq

Azərbaycanda mikro sahibkarların ödədiyi vergilər növbəti il tam həcmdə qaytarılacaq.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, dövlət vergi siyasətinin həyata keçirilməsində bir sıra əsas istiqamətlər var: "Onlardan biri də biznesin böyüməsinin dəstəklənməsidir. Belə ki, mikro sahibkarlıq subyektləri növbəti sahibkarlıq kateqoriyasına keçdikdə, mikro sahibkar kimi ödədikləri mənfəət, gəlir və ya sadələşdirilmiş vergi növbəti il tam həcmdə onların şəxsi hesab vərəqələrinə qaytarılacaq. Sahibkar həmin vəsaitdən kiçik və ya orta sahibkarlıq subyekti kimi yaranan növbəti vergi öhdəliklərinin əvəzləşdirilməsi üçün istifadə edə biləcək. Məqsəd biznesin dayanıqlılığını təmin etmək və sahibkarlıq subyektlərinin növbəti kateqoriyaya keçidini dəstəkləməkdir".