SEPAH: Sutka ərzində Hörmüz boğazından 15 gəmi keçib

Region
  • 01 iyun, 2026
  • 14:43
SEPAH: Sutka ərzində Hörmüz boğazından 15 gəmi keçib

Son sutka ərzində Hörmüz boğazından 4-ü neft tankeri daxil olmaqla 15 gəmi keçib.

"Report" "Mehrnews"a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Dəniz Qüvvələrinin mətbuat xidmətinin məlumatında bildirilir.

"Fars körfəzi və Hörmüz boğazında olan kommersiya gəmiləri və tankerlərə regiondankənar qüvvələrlə hər hansı bir əməkdaşlığın birbaşa təhlükəsizlik təhdidi kimi qiymətləndiriləcəyi və qarşısının alınacağı barədə xəbərdarlıq edilir", - məlumatda qeyd olunub.

44 filmi