SEPAH rəhbəri: İran raketlərinin uçuş məsafəsində məhdudiyyəti yoxdur

Region
  • 25 noyabr, 2026
  • 03:07
SEPAH rəhbəri: İran raketlərinin uçuş məsafəsində məhdudiyyəti yoxdur

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Əhməd Vahidi İranın ballistik raketlərinin uçuş məsafəsinin artırılması üçün coğrafi məhdudiyyətlərin olmadığını bildirib.

Bu barədə "Report" IRNA agentliyinə istinadənn xəbər verir.

Ə.Vahidi ölkənin potensialının ehtiyaclarına, imkanlarına və tələblərinə uyğun olaraq genişləndiriləcəyini vurğulayıb.

SEPAH rəhbəri Yaxın Şərqdə mümkün yeni hərbi münaqişələrin region hüdudlarından kənara çıxa biləcəyi barədə xəbərdarlıq edib. O qeyd edib ki, İran Silahlı Qüvvələri belə ssenariyə tam hazırdır və raket qüvvələrinin əməliyyat imkanlarında əhəmiyyətli irəliləyiş əldə edib.

Vahidi həmçinin Yaxın Şərq ölkələrini ABŞ ilə təhlükəsizlik sahəsində əməkdaşlıqlarını yenidən nəzərdən keçirməyə çağırıb. Onun sözlərinə görə, möhkəm təhlükəsizlik yalnız öz qüvvələrinə arxalanmaq, regional əməkdaşlıq vasitəsilə əldə oluna bilər, xarici dövlətlərdən asılılıq bunu təmin etmir.

44 filmi