Rusiya ötən il 70 milyard dollarlıq silah ixracı üzrə müqavilələr imzalayıb
Region
- 12 yanvar, 2026
- 15:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın imzaladığı hərbi texnikanın ixracı üzrə müqavilələrin portfeli rekord göstərici olan 70 milyard ABŞ dollarına qədər artıb.
"Report"un yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın baş nazirinin birinci müavini Denis Manturov Prezident Vladimir Putinlə görüşündə bildirib.
"2022-ci ilə qədər portfelin maksimum həcmi 55 milyard ABŞ dolları təşkil edirdi. Bu gün bu, 70 milyard ABŞ dolları ilə rekord göstəricidir", - o qeyd edib.
D.Manturovun fikrincə, portfelin artırılması tendensiyası davam edəcək. O bildirib ki, xarici sifarişçilər xüsusilə Rusiyanın radioelektron mübarizə sistemləri və pilotsuz uçuş aparatlarına maraq göstərirlər.
Son xəbərlər
20:27
"Böyük Dəbilqə": Uşanqi Kokauri gümüş medal qazanıb - Yenilənib
Fərdi
20:20
Almaniyada hökumətin istefası tələbi ilə gənclərin etiraz aksiyaları keçirilir
Digər ölkələr
20:07
Video
Türkiyə Qara dənizdə təhlükəsizlik üçün səylərini davam etdirir
Region
19:49
ABŞ Moskvada terror aktına hazırlıq barədə Rusiyaya məlumat ötürüb
Region
19:37
Fransa Daxili İşlər Nazirliyi etirazlarda 15 mindən çox şəxsin iştirak etdiyini açıqlayıb
Digər ölkələr
19:26
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç-heçə edib
Futbol
19:04
Tramp: Kubada hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək
Digər ölkələr
18:57
Dünya çempionatı: Arseniy Djioyev gümüş medal qazanıb - Yenilənib-3
Fərdi
18:49
İran yeni silahlar sınaqdan keçirib
Region