Rusiya FHN-in iki əməkdaşı yol qəzasında həlak olub, altı nəfər xəsarət alıb

Region
  • 10 iyun, 2026
  • 12:33
Rusiya FHN-in iki əməkdaşı yol qəzasında həlak olub, altı nəfər xəsarət alıb

Qroznıda baş verən yol qəzasında Rusiya Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı ölüb.

"Report" xəbər verir ki, bu barədə "REN TV" məlumat yayıb.

Nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək yüksək sürətlə binaya çırpılıb. Bildirilib ki, zərbə yanğından mühafizə hissəsinin deposuna tuş gəlib.

Məlumata görə, hadisə nəticəsində FHN-in altı əməkdaşı xəsarət alıb, daha dörd nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.