Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən azad edilib

Region
  • 16 noyabr, 2026
  • 10:34
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən azad edilib

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Saqimbayev tutduğu vəzifədən azad edilib.

"Report" Qazaxıstan mediasına istinadən xəbər verir ki, müvafiq fərmanı ölkə Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.

Milli Təhlükəsizlik Komitəsinin yeni rəhbəri vəzifəsinə Marat İrmenov təyin edilib.