İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

Region
  • 03 noyabr, 2026
  • 23:13
İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifət daxilindəki qarşıdurmaları xaricdən verilən tapşırıqlarla əlaqələndirib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, o, müxalifətdəki proseslərlə bağlı jurnalistlərin sualını cavablandırarkən belə deyib.

Baş nazirin sözlərinə görə, müxalifət alyansının əvvəldən perspektivi olmayıb. O, radikal müxalifət düşərgəsinin əsas zəifliyinin hazırkı vəziyyətə gətirib çıxardığını iddia edib.

"Xarici agentliklərin nümayəndələri rəhbərlərindən elə tapşırıqlar alıblar ki, özlərini məhv ediblər. Bunun nəticəsində agentliklərin daxilində gördüyümüz qarşıdurmalar yaranıb", - Kobaxidze deyib.

O, müxalifət düşərgəsindəki fikir ayrılıqlarını və qarşıdurmaları xarici təsirlərlə əlaqələndirib.

44 filmi