Gürcüstan prezidentinin parlamentdəki nümayəndəsi istintaqa çağırılıb
Region
- 24 sentyabr, 2019
- 16:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın Baş Prokurorluğu prezident Salome Zurabişvilinin parlament üzrə katibi Dimitri Qabunianı dindirilməyə çağırıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, D.Qabunia sabah Baş Prokurorluqda sorğu-sual olunacaq.
Dövlət başçısının parlamentdəki nümayəndəsi S.Zurabişvilinin əfv qərarı ilə başlayan istintaq çərçivəsində dindiriləcək.
Qeyd edək ki, avqustun 28-də “Mariamoba” bayramı ilə əlaqədar Gürcüstan prezidenti 34 məhkumu əfv edib. Onların arasında qətlə görə məhkum olunmuş üç nəfər və axtarışda olan bir nəfər də yer alıb.
Prezidentlə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsinin birinci bəndi üzrə aparılır.
Son xəbərlər
02:31
Tramp Braziliyada prezident seçkilərinin nəticələrinə şübhə ilə yanaşıb
Digər ölkələr
02:03
Fransa Rumıniyanın müraciəti ilə Qara dəniz üzərində kəşfiyyat uçuşları həyata keçirəcək
Digər ölkələr
01:33
CNN Brasil: Bolsonaru ailəsi ilə birlikdə Braziliyadan qaçaraq ABŞ-yə gedib – Yenilənib
Digər ölkələr
01:16
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
Digər ölkələr
00:38
"Qarabağ" Abbas Hüseynovla yollarını ayırıb
Futbol
00:35
Haitidə daşqın nəticəsində azı 4 nəfər ölüb
Digər ölkələr
00:27
Netanyahu partiyası seçkilərdə liderdir, lakin koalisiya çoxluğu qazana bilmir
Digər ölkələr
00:04
Foto
Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan birinciliklərinə start verilib
Fərdi
00:00
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
Daxili siyasət