Ermənistan və Çin müdafiə sahəsində əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər
Region
- 15 sentyabr, 2026
- 14:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistan və Çin müdafiə sahəsində qarşılıqlı fəaliyyətin və uzunmüddətli planlaşdırmanın yeni istiqamətlərini müzakirə ediblər.
"Report" Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiə naziri Suren Papikyan Çində səfərdədir.
Pekinə səfəri çərçivəsində nazir Çinin müdafiə naziri, admiral Dong Junla görüşüb.
"Görüş zamanı müdafiə sahəsində Ermənistan-Çin əməkdaşlığı və onun inkişaf perspektivləri müzakirə olunub. Nazirlər müdafiə sahəsində ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib və qarşılıqlı fəaliyyətin və uzunmüddətli planlaşdırmanın yeni istiqamətlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar", - Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Son xəbərlər
11:05
Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib
Milli Məclis
11:04
Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək
Daxili siyasət
11:04
Ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri ilə bağlı qanun layihəsi son oxunuşda təsdiqlənib
Milli Məclis
11:01
Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsinə I oxunuşda baxılacaq
Milli Məclis
10:56
Latviya və Azərbaycan əməkdaşlığı gücləndirmək üçün yeni təşəbbüslər hazırlayır
Xarici siyasət
10:54
Azərbaycanda aqrar sahə ilə bağlı hədəflər açıqlanıb
ASK
10:50
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib
Hadisə
10:49
İnzibati Xətalar Məcəlləsinə nəqliyyat vasitələri ilə bağlı iki yenilik təklif olunur
Milli Məclis
10:46
Tahir Rzayev: "Ərzaq təhlükəsizliyinin təmini üçün mühüm addımlar atılır"
ASK