Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsinə I oxunuşda baxılacaq

Milli Məclis
  • 30 oktyabr, 2026
  • 11:01
Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsinə I oxunuşda baxılacaq

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilir.

"Report" xəbər verir ki, iclasın gündəliyində "Pulsuz hüquqi yardım haqqında" və "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" iki yeni qanun layihəsinin ilk oxunuşda müzakirəsi daxil olmaqla ümumilikdə 11 məsələ var.

İclasa parlamentin spikeri Sahibə Qafarova sədrlik edir.