Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
- 08 noyabr, 2026
- 15:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.
"Report" xəbər verir ki, bu barədə Ərdoğan "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Qarabağın 30 illik işğaldan azad edilməsinin 6-cı ildönümü, dost və qardaş Azərbaycan xalqının Zəfər Günü münasibətilə ən səmimi duyğularımla təbriklərimi çatdırıram.
Bu böyük Zəfərin qazanılması uğrunda qanı və canı bahasına mübarizə aparan, Vətən uğrunda şəhid olan bütün qəhrəmanlarımızı dərin ehtiram və rəhmətlə anıram", - paylaşımda qeyd olunub.
Karabağ’ın 30 yıllık işgalden kurtulmasının 6’ncı yıl dönümünü, dost ve kardeş Azerbaycan’ın Zafer Günü’nü en kalbî duygularımla tebrik ediyorum. 🇹🇷🇦🇿 Bu büyük zaferi kanı ve canıyla var eden, vatan uğruna toprağa düşen tüm şehitlerimizi rahmetle yâd ediyorum. https://t.co/o7k97Hme4Q
— Recep Tayyip Erdoğan (@RTErdogan) November 8, 2026