Serj Sarqsyan Qarabağa gedərkən onu müşayiət edən iki zabit avtomobil qəzasında ölüb
Qarabağ
- 08 dekabr, 2016
- 11:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 dekabr. REPORT.AZ/ Ermənistanın Sünik vilayətində baş verən yol nəqliyyat hadisəsi nəticəsində ölkənin Müdafiə Nazirliyinin Təhlükəsizlik Xidmətinin əməkdaşları - avtomobili idarə edən leytenant Armen Musikyan və kapitan Aleksan Simonyan ölüb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, qəza Yerevan-Gorus avtomobil yolunda baş verib.
Belə ki, “Lexus” markalı “PN 0001” dövlət nömrə nişanlı avtomobil Meğri –Yerevan yolunun 231-ci km-də yolun hərəkət hissəsindən çıxaraq, 40 metr yuvarlanmaqla dərəyə düşüb.
Onların Ermənistan Prezidenti Serj Sarqsyanı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfərdə müşayiət etdikləri ehtimal olunur.
Son xəbərlər
03:36
Polşada ABŞ-nin daimi hərbi bazasının yaradılması müzakirə olunacaq
Digər ölkələr
03:08
Liqa Kuboku: "Arsenal" dördüncü divizion klubuna uduzaraq mübarizəni dayandırıb
Futbol
02:31
Tramp Braziliyada prezident seçkilərinin nəticələrinə şübhə ilə yanaşıb
Digər ölkələr
02:03
Fransa Rumıniyanın müraciəti ilə Qara dəniz üzərində kəşfiyyat uçuşları həyata keçirəcək
Digər ölkələr
01:33
CNN Brasil: Bolsonaru ailəsi ilə birlikdə Braziliyadan qaçaraq ABŞ-yə gedib – Yenilənib
Digər ölkələr
01:16
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
Digər ölkələr
00:38
"Qarabağ" Abbas Hüseynovla yollarını ayırıb
Futbol
00:35
Haitidə daşqın nəticəsində azı 4 nəfər ölüb
Digər ölkələr
00:27
Netanyahu partiyası seçkilərdə liderdir, lakin koalisiya çoxluğu qazana bilmir
Digər ölkələr