Fransa təşkilatından ermənilərə: 26 fevralı Xocalı soyqırımı qurbanlarının xatirəsi günü kimi tanıyın!
- 24 aprel, 2019
- 10:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransada Azərbaycanın Dostları Assosiasiyası (FADA) erməniləri fevralın 26-nı Xocalı soyqırımı qurbanlarının xatirəsi günü kimi tanımağa çağırıb.
"Report"un Fransa bürosu xəbər verir ki, bu barədə FADA Prezidenti Jan-Fransua Manselin kütləvi informasiya vasitələrinə ünvanladığı müraciətdə vurğulanıb.
Bildirilib ki, Fransa Prezidenti Emmanuel Makronun aprelin 24-nün ölkədə qondarma "erməni soyqırımı qurbanları"nın xatirəsi günü kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb. Əslində, fevralın 26-nın Xocalı soyqırımı qurbanlarının xatirə günü kimi ermənilər tərəfindən tanınması və anılması ədalətli olar. Çünki 1992-cı il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində 613 sıravi vətəndaş, o cümlədən uşaqlar, qadınlar və qocalar qətlə yetirilib. Bu gün erməni icmasının nümayəndələri Türkiyəyə yaddaş borcunu yerinə yetirmədiyinə görə iradlarını bildirirlər. Bəs Ermənistanın öz yaddaş borcunu yerinə yetirməsinin vaxtı artıq çatmayıbmı?"