Amid Fərəcov: “Atamın ən böyük arzusu Laçına qayıtmaq idi”
Qarabağ
- 16 noyabr, 2023
- 03:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Mən Zabuxdan çıxanda 5 yaşım var idi. 31 ildən sonra doğma vətənimizə, atamızın yurduna qayıdırıq”.
“Report” xəbər verir ki, bunu Zabux kənd sakini, keçmiş məcburi köçkün Amid Fərəcov deyib.
O bildirib ki, bu gün doğma yurda qayıtdığı üçün çox sevinclidir:
“Atamın ən böyük arzusu Laçına qayıtmaq idi. Amma dünyadan vaxtsız köçdü, bu gözəl günləri görmək ona qismət olmadı. Amma bu gün biz ailə üzvlərimizlə doğma yurda qayıdırıq.
Çox şükür ki, torpaqlarımız işğaldan azad edildi, Ali Baş Komandan İlham Əliyev və müzəffər Ordumuzun sayəsində biz ata yurdumuza qayıdırıq. Çox sevincliyik. Bizə bu gözəl günləri yaşadanlara öz təşəkkürümüzü bildiririk, şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayırıq”.
Son xəbərlər
13:34
APRM: Afrika süni intellektin tətbiqi üçün əsas problemləri həll etməlidir
Xarici siyasət
13:34
Azərbaycan Xəzərin Su Bioresursları Komissiyasına sədrlik edəcək
ASK
13:34
Elman Ələkbərov: "Çexiya ilə oyunda qalib gəlmək şansımız var"
Futbol
13:30
AYNA: 203 nömrəli marşrutun avtobusları yenilənir
İnfrastruktur
13:26
Dublin-Roma reysi ilə uçan təyyarə Fransadakı aviabazaya məcburi eniş edib
Digər ölkələr
13:16
"Formula 1" üzrə dünya çempionu olmuş Alan Cons vəfat edib
Formula 1
13:16
Elene Qubianuri: "Azərbaycanla akvakultura sahəsində əməkdaşlıqda maraqlıyıq"
ASK
13:15
BMT sammitinin iştirakçıları Bakıda dövlət idarəçiliyi sahəsində innovasiyaları müzakirə ediblər
İKT
13:15
ƏƏSMN 10 ayda 170 minə yaxın şəxsin işlə təmin olunmasına yardım göstərib
Maliyyə