Nazir müavini: Azərbaycanda fərqli dinlər və etnik qruplar daim sülh içərisində yaşayıblar

Mədəniyyət siyasəti
  • 26 oktyabr, 2026
  • 12:32
Nazir müavini: Azərbaycanda fərqli dinlər və etnik qruplar daim sülh içərisində yaşayıblar

Azərbaycanda fərqli dinlər və etnik qruplar daim sülh içərisində yaşayıblar.

"Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, forumda həmçinin Azərbaycanın müharibədən sonrakı təcrübəsi barədə panel müzakirə təşkil olunacaq:

"Azərbaycanın istər multikulturalizm, istərsə də mədəniyyətlərarası inkişaf istiqamətində böyük təcrübəsi var. Bu təcrübə də təsadüfi qazanılmayıb. Azərbaycan uzun illər işğal və müharibə görmüş ölkədir. Buna görə də forumda baş tutacaq panellərdən biri sözügedən sahədə Azərbaycanın təcrübəsinə həsr olunacaq. Biz bu təcrübəni bütün dünya ilə paylaşmaq istəyirik".

44 filmi