"Merkuri" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə
- 26 oktyabr, 2026
- 13:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Noyabrın 23-də, saat 10:00-da "Merkuri" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.
Məlumata görə, yığıncaq BOKT-un baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 71 ünvanında olacaq.
Yığıncağın gündəliyinə BOKT-un kütləvi təklif üsulu ilə istiqrazlarının emissiya edilmasi və cari maliyyə məsələlərinin müzakirə edilməsi daxildir.
Xatırladaq ki, "Merkuri" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 333 260 manatdır. BOKT-un səhmdarları hər biri 50% payla Məmməd Məmmədov və Səbuhi Əzizovdur.
Son xəbərlər
21:26
"Barselona" Xulian Alvareslə danışıqlara görə cərimələnib
Futbol
21:24
Rusiya Britaniyanın müdafiə şirkətlərinin rəhbərlərinə sanksiyalar tətbiq edib
Digər ölkələr
21:20
Putin və Pezeşkian İran ətrafındakı vəziyyəti müzakirə ediblər
Region
21:06
Agentlik "WhatsApp" hesablarının ələ keçirilməsi ilə bağlı istifadəçilərə xəbərdarlıq edib
İKT
21:02
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Region
20:59
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
ASK
20:49
Azərbaycan Kubokunda "Zirə" "Səbail"ə penaltilər seriyasında qalib gəlib
Futbol
20:42
Tramp "süni intellekt" terminini qadağan etmək istəyir
Digər ölkələr
20:42
Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək
Hadisə