Muzaffer Şeker: Türkiyədə Birinci Türkoloji Qurultaydakı müzakirələri miras kimi qorumaq vəzifə sayılır
- 30 iyun, 2026
- 10:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə Elmlər Akademiyası Birinci Türkoloji Qurultaydakı müzakirələri miras kimi qorumağı özünə vəzifə hesab edir.
"Report" xəbər verir ki, bunu Türkiyə Elmlər Akademiyasının prezidenti Muzaffer Şeker Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin ikinci günündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 1926-cı ildə baş tutan qurultayın türk xalqları və dövlətləri arasındakı birləşdirici ruhu bu gün də hiss edilməkdədir: "Bu ruhu və birliyi yaşatmaq bizim borcumuzdur".
M.Şəkər qeyd edib ki, Türkiyə türkologiya elminin təbliği istiqamətində müvafiq addımlar atmaqdadır.
Akademiya rəhbəri müasir dövrün dillə bağlı problemlərinə də toxunub:
"Dil canlı orqanizm olaraq davamlı inkişafdadır. Bu mənada, heç kəsə sirr deyil ki, son dövrlərdə süni intellekt bütün dillərə təsir edir, az qala, onları eyniləşdirir. Hesab edirəm ki, türkoloqlar bu konteksdə qabaqlayıcı tədbirlər görməlidirlər".