"Xalq Sığorta"nın aktivləri 2 %-dən çox azalıb

Maliyyə
  • 10 noyabr, 2026
  • 14:20
Xalq Sığortanın aktivləri 2 %-dən çox azalıb

"Xalq Sığorta" ASC bu ilin yanvar-sentyabr aylarını 5,74 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 % çoxdur.

9 ayda "Xalq Sığorta"nın gəlirləri 27,907 milyon manat (1 il əvvələ nisbətən 14,2 % çox), xərcləri 21,381 milyon manat (13,1 % çox), mənfəət vergisi ödəmələri isə 786 min manat (2,9 dəfə çox) təşkil edib.

Bu il oktyabrın 1-nə "Xalq Sığorta"nın aktivləri 95,512 milyon manat olub ki, bu da illik müqayisədə 2,4 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 2,8 % artaraq 33,73 milyon manata çatıb, balans kapitalı isə 2,1 % azalaraq 61,782 milyon manata düşüb.

Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50 %-i "İdeal Business Co." MMC-yə, 50 %-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik səhmdarı) məxsusdur.