Qızılın qiyməti 2025-ci ilin sentyabrından sonra ilk dəfə 3 600 dollardan aşağı düşüb – Yenilənib
- 20 noyabr, 2026
- 05:27
Yeniliklərdən dərhal xəbərdar olun!
"Comex" birjasında 2026-cı ilin dekabrı üçün qızıl fyuçerslərinin qiyməti 4 sentyabr 2025-ci ildən bəri ilk dəfə bir troya unsiyası üçün 3 600 dollardan aşağı düşüb.
"Report"un məlumatına görə, bunu ticarət platformasının məlumatları göstərir.
Bakı vaxtı ilə saat 03:38-ə olan məlumata görə, qiymətli metalın qiyməti 3,94 % azalaraq, bir troya unsiyası üçün 3 594,5 dollara düşüb.
Saat 03:43-ə qədər eniş 3,78 %-ə qədər yavaşlayıb, fyuçerslərin qiyməti isə bir troya unsiyası üçün 3 600,6 dollar olub.
"Comex" birjasında 2026-cı ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti 8 sentyabr 2025-ci ildən bəri ilk dəfə bir troya unsiyası üçün 3 650 dollardan aşağı düşüb.
"Report"un məlumatına görə, bunu ticarət platformasının məlumatları göstərir.
Bakı vaxtı ilə saat 01:23-ə olan məlumata görə, qiymətli metalın qiyməti 2,49 % azalaraq, bir troya unsiyası üçün 3648,8 dollar təşkil edib.
Saat 01:33-ə olan məlumata görə, azalma 3 %-ə qədər sürətlənib və troya unsiya üçün 3 629,8 dollara çatıb.