"Qala Həyat Sığorta" maliyyə vəziyyətini açıqlayıb
- 10 noyabr, 2026
- 13:55
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qala Həyat Sığorta" ASC yanvar-sentyabr aylarını 7,88 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur.
9 ayda "Qala Həyat Sığorta"nın gəlirləri 23,09 milyon manat (1 il əvvələ nisbətən 7,5 % çox), xərcləri 13,24 milyon manat (12,85 % çox), mənfəət vergisi ödəmələri isə 1,97 milyon manat (1 % çox) təşkil edib.
Bu il oktyabrın 1-nə "Qala Həyat Sığorta"nın aktivləri 56,394 milyon manat olub ki, bu da illik müqayisədə 8,65 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2 % artaraq 22,845 milyon manata, balans kapitalı isə 13,7 % artaraq 33,549 milyon manata çatıb.
Xatırladaq ki, "Qala Həyat Sığorta" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13,042 milyon manatdır. Onun səhmlərinin 50 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 10 %-i Kamal İbrahimova (Direktorlar Şurasının sədri), hər biri 7,2 % olmaqla İftixar Fərəcov, Namiq Hətəmov, Cavid Mirhadıyev, Əbülfət Tağıyev və Mehman Yusifova, 4 %-i isə Vəliəhd Səfərova məxsusdur.