"Level Leasing" səhmdarlarına dividend ödəyəcək

Maliyyə
  • 23 noyabr, 2026
  • 19:12
Level Leasing səhmdarlarına dividend ödəyəcək

Dekabrın 25-də, saat 10:00-da "Level Leasing" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında olacaq.

Yığıncağın gündəliyinə "Level Leasing"in 2025-2026-cı illərdəki fəaliyyəti üzrə səhmdarlara dividend ödənilməsi daxildir.

Xatırladaq ki, "Level Leasing" 2023-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,05 milyon manatdır. Şirkətin səhmləri "Hermes Finance" ASC (38 %), Zərifə Quliyeva (27,9 %), Nuranə Mehraliyeva-Rzayeva (27,9 %), Lalə Bədirova (6,19 %) və Mənzər Qarayevaya (0,01 %) məxsusdur. N.Mehraliyeva-Rzayeva həm də lizinq fəaliyyəti ilə məşğul olan "Hermes Finance"da 45 % pay sahibidir.