Vüqar Gülməmmədov: "Hökumət büdcə risklərini idarə etmək qabiliyyətindədir"
Maliyyə
- 11 mart, 2020
- 11:38
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan hökuməti dövlət büdcəsi ilə bağlı bütün riskləri idarə etmək qabiliyyətindədir”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dünya bazarında neftin ucuzlaşmasının büdcə öhdəliklərinin yerinə yetirilməsinə təsirinə münasibət bildirərkən deyib.
"Biz həm 2019-cu, həm də 2020-ci ilin dövlət büdcəsi layihələrinə rəy verərkən büdcənin dayanıqlığı ilə bağlı bütün mümkün riskləri həmin rəylərdə göstərmişik. Bu risklər daima var. Əsas məsələ hökumətin onları səmərəli idarə etməsi, qabaqlayıcı tədbirlər görməsidir. Hesab edirəm ki, hökumət buna hazırdır. Ümumiyyətlə, neft qiymətlərinin uzun müddət aşağı qalacağını düşünmürük”, - o qeyd edib.
Son xəbərlər
12:43
Foto
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
Komanda
12:40
Zelenski Melaniya Trampı I dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif edib
Digər ölkələr
12:39
Azərbaycan Premyer Liqasının XI turu "Zəfər turu" adlandırılıb
Futbol
12:37
Elvin Camalov: "2027-ci ilin büdcə zərfi xarici amillər nəzərə alınaraq hazırlanıb"
Maliyyə
12:34
Bakı metrosunda NFC ilə 74 milyona yaxın ödəniş həyata keçirilib
İnfrastruktur
12:31
Rumıniya sahillərində yedək gəmi batıb, üç dənizçi təxliyə edilib
Digər ölkələr
12:31
İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar
Daxili siyasət
12:29
"Turan"ın baş məşqçisi Ziya Rəcəbov: "Çempionlar Liqasının qrupuna bir addım qalıb"
Komanda
12:25
Azərbaycanda vergi güzəştlərinin əhatə dairəsi genişləndiriləcək
Biznes