Çoxtərəfli İnkişaf Bankları COP29 hədəflərinə yaxınlaşır: 2030-cu ilədək iqlim layihələrinə hər il $120 milyard ayıracaq

Maliyyə
  • 12 noyabr, 2026
  • 12:04
Çoxtərəfli İnkişaf Bankları COP29 hədəflərinə yaxınlaşır: 2030-cu ilədək iqlim layihələrinə hər il $120 milyard ayıracaq

Çoxtərəfli İnkişaf Bankları 2030-cu ilədək aşağı və orta gəlirli dövlətlərə illik 120 milyard ABŞ dolları həcmində iqlim maliyyəsi ayırmağı, bundan əlavə 65 milyard ABŞ dolları məbləğində özəl kapital cəlb etməyi hədəfləyirlər.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Antalya şəhərində keçirilən COP31-ə dair Çoxtərəfli İnkişaf Banklarının birgə bəyanatında bildirilib.

"İqlim maliyyələşməsinin əvvəlki ilə nisbətən 21 % artım göstərməsi Bakıda baş tutan COP29-da bəyan edilmiş 2030-cu il üçün kollektiv proqnoz hədəflərimizə yaxınlaşdığımızı təsdiqləyir. Qarşıya qoyulan məqsəd aşağı və orta gəlirli ölkələrə hər il 120 milyard dollar həcmində maliyyə dəstəyi göstərmək və bununla yanaşı 65 milyard dollar özəl kapital cəlb etməkdir", - bəyanatda qeyd edilib.

Xəbər yenilənir