Azərbaycanın vergi qanunvericiliyinə dəyişikliklər paketi hazırlanıb

Maliyyə
  • 05 may, 2018
  • 10:38
Azərbaycanın vergi qanunvericiliyinə dəyişikliklər paketi hazırlanıb
Vergilər Nazirliyi
Report

Bakı. 5 may. REPORT.AZ/ Vergilər Nazirliyi 2019-cu il üçün vergi qanunvericiliyinə dəyişikliklər paketi hazırlayıb.

“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF-2018) Nazirliyin nümayəndəsi Nicat İmanov deyib.

“Ötən il vergi qanunvericiliyi dəyişmədi. Böyük dəyişiklik üçün bir il gözlənilməlidir. Beləliklə, 2019-cu il üçün dəyişikliklər paketi hazırlanıb”, - deyə o qeyd edib.

Bundan başqa, N.İmanovun sözlərinə görə, Azərbaycanda uçotun təkmilləşdirilməsi Vergilər Nazirliyinin əsas məqsədlərindən biridir: “Bu il vergi ödəyicilərinin hüquqlarının qorunması baxımından tədbirlər həyata keçiriləcək. Həmçinin vergi nəzarətinin sərtləşdirilməsi nəzərdə tutulur. Sahibkarlar vergi öhdəliklərini düzgün yerinə yetirmədikdə sanksiyalarla üzləşəcək".

44 filmi