Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-oktyabr, 2026)

Maliyyə
  • 05 noyabr, 2026
  • 16:19
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-oktyabr, 2026)

"Bakı Fond Birjası" QSC bu ilin yanvar-oktyabr aylarında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.

"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 26 490 887 232 manatlıq göstərici ilə "ABB İnvest İnvestisiya Şirkəti" QSC başçılıq edir.

Növbəti yerlərdə 19 013 047 531 manatla "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, 5 996 772 661 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC, 5 699 487 979 manatla "Unicapital İnvestisiya Şirkəti" ASC, 5 525 442 622 manatla "CPM-İnvest İnvestisiya Şirkəti" QSC, 2 599 398 773 manatla "Assist Finance İnvestisiya şirkəti" ASC, 1 419 353 813 manatla "CFI Financial İnvestisiya Şirkəti" QSC, 1 245 833 781 manatla "İnno Kapital İnvestisiya Şirkəti" QSC, 467 411 036 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 455 926 899 manatla "Capital Partners İnvestisiya Şirkəti" QSC, 347 404 358 manatla "Troni İnvestisiya Şirkəti" QSC, 70 993 390 manatla "MFX-Trading İnvestisiya Şirkəti" ASC və 12 467 351 manatla "Xalq Bank" ASC qərarlaşıb.

№

İnvestisiya şirkətləri

Əməliyyatların həcmi AZN

1

ABB-İnvest

26 490 887 232

2

PAŞA Kapital

19 013 047 531

3

İnvest-Az

5 996 772 661

4

Unicapital

5 699 487 979

5

CPM-İnvest

5 525 442 622

6

Assist Finance

2 599 398 773

7

CFI Financial

1 419 353 813

8

İnno Kapital

1 245 833 781

9

Xalq Kapital

467 411 036

10

Capital Partners

455 926 899

11

Troni

347 404 358

12

MFX-Trading

70 993 390

13

Xalq Bank

12 467 351