Azərbaycanda bankların mərkəzləşmiş öhdəlikləri daha 15 mln. manat artıb
Maliyyə
- 12 iyun, 2017
- 09:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının Azərbaycan Mərkəzi Bankına (AMB) olan öhdəlikləri 2017-ci il mayın 1-nə toplam olaraq 6 586,2 mln. manat təşkil edib.
"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, öhdəliklərin həcmi aprelin 1-nə olan analoji göstərici ilə müqayisədə 14,7 mln. manat və ya 0,22%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 278,8 mln. manat və ya 4,42% artıb.
Qeyd edək ki, kommersiya banklarının AMB-yə olan öhdəliklərində artım iki aydır davam edir. Bankların mərkəzləşmiş öhdəliklərinin bu günədək maksimal həddi 2016-cı ilin oktyabrında (7 507 mln. manat) qeydə alınıb. Son göstərici isə maksimal həddən 920,8 mln. manat və ya 12,27% aşağıdır.
Son xəbərlər
03:08
Yüksək təzyiqə qarşı inqilabi kəşf
Sağlamlıq
02:52
Video
Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət
02:40
SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
Region
02:20
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
Futbol
02:05
Video
ABŞ hərbçiləri Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb
Digər ölkələr
01:59
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
Formula 1
01:42
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
Digər ölkələr
01:17
Krakovda atışma törədən şəxsin evində üç nəfərin meyiti aşkarlanıb
Digər ölkələr
01:01
Polşada iki günlük matəm elan edilib
Digər ölkələr