"Azərbaycan Sənaye Sığorta" maliyyə vəziyyətini açıqlayıb
- 10 noyabr, 2026
- 11:30
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan Sənaye Sığorta" ASC (ASS) bu ilin yanvar-sentyabr aylarını 769 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövründən 1,532 milyon manat zərərlə çıxmışdı.
"Report" xəbər verir ki, 9 ayda ASS-nin gəlirləri 26,886 milyon manat (1 il əvvələ nisbətən 28,2 % çox), xərcləri 25,925 milyon manat (15,2 % çox), mənfəət vergisi ödəmələri isə 192 min manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.
Bu il oktyabrın 1-nə ASS-nin aktivləri 32,913 milyon manat olub ki, bu da illik müqayisədə 7,55 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 8,7 % azalaraq 22,557 milyon manata düşüb, balans kapitalı isə 4,85 % azalaraq 10,356 milyon manata çatıb.
Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb, 1996-cı ildən bazara daxil olmuş "Cİ Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 95%-i "Anadolu İnvestment Company" MMC-yə, 5%-i isə "Azərbaycan Sənaye Bankı" ASC-yə məxsusdur.