Azərbaycan Mərkəzi Bankı lombard fəaliyyətini tənzimləməyə hazırlaşır

Maliyyə
  • 04 fevral, 2026
  • 12:11
Azərbaycan Mərkəzi Bankı lombard fəaliyyətini tənzimləməyə hazırlaşır

Azərbaycan Mərkəzi Bankı (AMB) "Lombardlar haqqında" qanunun yeni layihəsini hazırlayıb.

"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Bu qanunun qəbulu hədəfimizdir və AMB bu sahədə daha çox istehlakçıların hüquqlarının müdafiəsinə fokuslanacaq", - deyə o qeyd edib.

Bundan başqa, T.Kazımov lizinq haqqında yeni qanunun qəbul olunacağını da xatırladıb: "Həmin qanunun layihəsi də hazırdır, müvafiq dövlət qurumlarının rəyi alınır, düşünürəm ki, sənəd bu il qəbul olunacaq".

44 filmi