Azərbaycan BOKT-larının xalis mənfəəti 2,55 dəfə artıb
- 27 oktyabr, 2026
- 11:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin yanvar-sentyabr aylarını 153,4 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,55 dəfə çoxdur.
9 ay ərzində BOKT-ların əməliyyat gəlirləri 538,2 milyon manat (illik müqayisədə 62,9 % çox), əməliyyat xərcləri 230,3 milyon manat (40,35 % çox), xüsusi ehtiyatlara ayırmaları 135,3 milyon manat (38,8 % çox), gözlənilməz xərcləri 0,2 milyon manat (1 il bundan əvvəl gəlir olub) mənfəət vergisi ödəmələri isə 19 milyon manat (2,2 dəfə çox) təşkil edib.
Bu il oktyabrın 1-nə BOKT-ların aktivləri 1 milyard 558,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 49,3 % çoxdur. Bunun 1 milyard 174,6 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 57,1 % böyüyüb.
Hesabat dövründə BOKT-ların öhdəlikləri 56,9 % artaraq 852,8 milyon manata, balans kapitalı isə 41 % artaraq 705,9 milyon manata çatıb.