"Azər Türk Bank" "atb360" tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Maliyyə
  • 30 oktyabr, 2026
  • 16:09
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı "Azər Türk Bank" "atb360" mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə "atb360" istifadəçilərin gündəlik bank əməliyyatlarını daha rahat həyata keçirməsinə imkan yaradır. Tətbiqin əsas yeniliklərindən biri ATB müştərilərinin ailə üzvləri üçün nəzərdə tutulmuş Ailə bankçılığı funksiyasının istifadəyə verilməsidir.

Ailə bankçılığı - bank xidmətlərinə yeni yanaşma

Yeni Ailə bankçılığı həlli rəqəmsal bankçılığa fərqli yanaşma təqdim edərək bank xidmətlərindən yalnız əsas kart sahibinin deyil, onun ailə üzvlərinin də rahat şəkildə faydalanmasına imkan yaradır. Artıq ailə üzvləri üçün birbaşa tətbiq üzərindən kart sifariş etmək, ödənişlər aparmaq, xərc limitlərini müəyyənləşdirmək və kartları idarə etmək mümkündür.

Bu funksiya ailə daxilində gündəlik maliyyə əməliyyatlarının idarə olunmasını asanlaşdırır, valideynlərə övladlarının xərclərinə nəzarət etmək imkanı yaradır və uşaqların maliyyə savadlılığının inkişafına töhfə verir.

Daha geniş rəqəmsal imkanlar

Yenilənmiş "atb360" tətbiqində istifadəçilərə gündəlik bank əməliyyatlarını daha rahat həyata keçirmək üçün yeni əlavə imkanlar da təqdim edir.

Tətbiq vasitəsilə ƏDV geri almaq, "AniPay" xidmətindən istifadə etmək, QR əməliyyatları aparmaq və mövcud depozitlər haqqında məlumat əldə etmək mümkündür.

Bununla yanaşı, müştərilər olduqları yerdən, filiala getmədən "atb360" vasitəsilə onlayn krediti anında sərfəli şərtlərlə əldə edə bilərlər.

Rəqəmsal bankçılığa keçiddə növbəti mərhələ

"atb360"ın yenilənməsi "Azər Türk Bank"ın ənənəvi bank xidmətlərini mərhələli şəkildə rəqəmsal mühitə keçirmək strategiyasının tərkib hissəsidir. Bank "atb360"ı mərhələli şəkildə inkişaf etdirərək müştərilərə daha geniş bank xidmətlərindən məsafədən faydalanmaq imkanı yaratmağı hədəfləyir. Əsas məqsəd bank xidmətlərini mərhələli şəkildə rəqəmsal mühitə daşıyaraq müştərilərin maliyyə ehtiyaclarını filiallara getmədən, "atb360" üzərindən qarşılaya bilməsini təmin etməkdir.

"atb360" tətbiqini "App Store" və ya "Google Play" üzərindən yükləmək və son versiyaya yeniləmək mümkündür.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 777 09 45, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.