AMB 9 ayda Təminat Fonduna 586 milyon manat vəsait köçürüb

Maliyyə
  • 16 noyabr, 2026
  • 09:56
AMB 9 ayda Təminat Fonduna 586 milyon manat vəsait köçürüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna 586 milyon manat vəsait köçürüb.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumdan daxilolmalar Təminat Fonduna 9 aylıq daxilolmaların 94,75 %-ni təşkil edib.

İlin əvvəlində 164,2 milyon manat vəsaiti olan Fondun qalığı bu il oktyabrın 1-nə 469,3 milyon manat olub.