Afrika İnkişaf Bankı bütün tərəflərin infrastruktur layihələrinə erkən cəlb olunmasının lehinə çıxış edib
- 20 may, 2026
- 15:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Afrika İnkişaf Bankı bütün maraqlı iştirakçıların şəhər infrastrukturu layihələrinin icrasına erkən cəlb olunmasının tərəfdarıdır.
"Report" xəbər verir ki, bu barədə Afrika İnkişaf Bankının İnfrastruktur və şəhər inkişafı departamentinin (PICU) direktoru Mayk M.B. Salavo Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan "Çoxtərəfli İnkişaf Bankları yerli səviyyədə dayanıqlı mənzil təminatını necə dəstəkləyə bilər?" adlı investorların dəyirmi masasında bildirib.
"İnfrastruktur layihələrinin icrasının elə ilkin mərhələlərində bütün maraqlı tərəfləri cəlb etmək son dərəcə vacibdir. Əgər sosial, maliyyə və texniki amillər hələ layihələndirmə mərhələsindən əvvəl nəzərə alınmasa, layihənin maliyyələşmə əldə etmək üçün təsdiq olunmaması ilə bağlı ciddi risk yaranır", - M.Salavo qeyd edib.
Bundan əlavə, o, yerli icmaların və hakimiyyətin bələdiyyə orqanlarının sosial iştirakının əhəmiyyətinə diqqət çəkərək, bunu uğura nail olmaq üçün əsas şərtlərdən biri adlandırıb.