Sabah Hövsan–Türkan avtomobil yolunun bir hissəsi bağlanacaq - Yenilənib

İnfrastruktur
  • 02 noyabr, 2026
  • 19:06
Sabah Hövsan–Türkan avtomobil yolunun bir hissəsi bağlanacaq - Yenilənib

Noyabrın 3-də Hövsan-Türkan avtomobil yolunda (kanala yaxın ərazidə) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Məhdudiyyət səbəbindən 210, 215 və 218 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.

Dəyişikliyə əsasən,

- 210 nömrəli marşrut Hövsan qəsəbəsi – Hövsan bağları;

- 218 nömrəli marşrut metronun "Əhmədli" stansiyası - Hövsan bağları;

- 215 nömrəli marşrut Türkan qəsəbəsi – Türkan bağları – Hövsan bağları (məhdudiyyət tətbiq edilən ərazi) istiqamətində fəaliyyət göstərəcək.

Hövsan–Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata əsasən, sürücülərdən alternativ yol kimi Zığ şossesindən (Beton yol) istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.