FIBA Çempionlar Liqası: "Sabah" komandası bu gün Bakıda "Trabzonspor"la üz-üzə gələcək

Komanda
  • 10 noyabr, 2026
  • 09:00
FIBA Çempionlar Liqası: Sabah komandası bu gün Bakıda Trabzonsporla üz-üzə gələcək

"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə növbəti oyununa bu gün çıxacaq.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Bakıda Türkiyənin "Trabzonspor" kollektivi ilə üz-üzə gələcək.

Milli Gimnastika Arenasındakı görüş saat 20:00-da start götürəcək.

Xatırladaq ki, "Sabah" III turda Fransanın "Nanter 92" klubunu məğlub edib - 87:80. Azərbaycan çempionu I turda səfərdə "Ritas"a (Litva) 73:82, II turda "Trabzonspor"a 83:100 hesabı ilə uduzub.

44 filmi