Azərbaycanda pilotların təlimi üçün təyyarələr alınacaq

İnfrastruktur
  • 12 noyabr, 2026
  • 15:55
Azərbaycanda pilotların təlimi üçün təyyarələr alınacaq

Azərbaycanlı pilotların təlimi məqsədilə 5 ədəd "Cessna 172 S" təyyarəsinin alınması planlaşdırılır.

"Report"un Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qəbələ Uçuş Heyətinin Hazırlığı Mərkəzinin rəis müavini Seymur Quliyev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Qəbələ Uçuş Heyətinin Hazırlığı Mərkəzində hazırda bu tipli 5 hava gəmisi var: "Bu tip təyyarənin alınması və onların sayının 10-na çatdırılması planlaşdırılır".

V. Vələdovun sözlərinə görə, şirkət "Cessna 172 S" tipli hava gəmilərinə texniki xidmət göstərir: "Biz həm baza, həm operativ texniki xidmətləri göstəririk. Buraya mühərriklərin, qanadların çıxarılması və qoyulması daxildir. "Cessna 172 S" tipli hava gəmilər ABŞ istehsalıdır. Bu təyyarələrdə Almaniya mühərrikləri quraşdırılıb. Bu mühərriklər həm dizel, həm də yanacaq, aviasiya yanacağı ilə işləyirlər".

44 filmi