İordaniyada kilsədə atışma zamanı yaralananların sayı 28-ə çatıb - Yenilənib

Digər ölkələr
  • 23 oktyabr, 2026
  • 18:09
İordaniyada kilsədə atışma zamanı yaralananların sayı 28-ə çatıb - Yenilənib

İordaniyanın Əl-Kərək əyalətindəki kilsə yaxınlığında dəfn mərasimi zamanı terrorçuların hücumu nəticəsində yaralananların sayı 28 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Al Mamlaka" telekanalı məlumat yayıb.

Bununla yanaşı, atışma zamanı 6 nəfər ölüb. Daha əvvəl isə 7 qurbanın olduğu bildirilmişdi.

İordaniyada kilsə yaxınlığında dəfn mərasiminə terrorçuların hücumu zamanı yeddi nəfər ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Mamlaka" telekanalı məlumat yayıb.

Xəbər yenilənir

44 filmi