Cəfər Babayev: "Süni intellekt iqtisadiyyatın bütün sektorlarında geniş yayılacaq"

İKT
  • 23 noyabr, 2026
  • 13:38
Cəfər Babayev: Süni intellekt iqtisadiyyatın bütün sektorlarında geniş yayılacaq

Yaxın zamanlarda süni intellekt Azərbaycan iqtisadiyyatının bütün sektorlarında geniş yayılacaq.

"Report" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin birinci müavini Cəfər Babayev Azərbaycan-İtaliya biznes forumu çərçivəsində panel müzakirələrdə bildirib.

O əlavə edib ki, söhbət proqram təminatından tutmuş metallurgiya, nəhəng sənaye istehsalından gedir: "Bizim rolumuz süni intellektdən istifadə edən şirkətlərin bir-birinin və eyni zamanda, istehlakçıların hüquqlarını pozmamasını təmin etməkdir".

Qurum rəsmisi rəqabət orqanı olaraq süni intellektin sənayeyə zərər verə biləcəyi əsas sahələrə diqqət çəkib: "Birincisi, hesablama gücü ilə bağlıdır. Məlum olduğu kimi, bu qlobal miqyasda bir növ oliqopoliyadır. Dünya hesablama verilənlərində, verilənlər mərkəzlərində oliqopoliyaya doğru inkişaf edir. Bu, həqiqətən narahatedicidir. Hər kəsin bu gücə ədalətli çıxışının olmasını necə təmin edəcəyimizi nəzərə almalıyıq. İkincisi, alqoritmlər haqqındadır. Alqoritmlər şirkətlər tərəfindən istehlakçıların seçimlərini etmələrinə təsir etmək üçün istifadə olunur".