Azərbaycanlı yaşlı ər-arvadı qəddarlıqla öldürən şəxs 9 ay sonra tutuldu
Hadisə
- 06 fevral, 2020
- 06:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın Qardabani rayonunun Aşağı Kəpənəkçi kəndində ötən ilin iyun ayında ər-arvad - İskəndər Musayev və Şəfiqə Musayevanı xüsusi amansızlıqla qətlə yetirən şəxs saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaqla müəyyən olunub ki, saxlanılan 36 yaşlı şəxs 84 və 77 yaşlı ər-arvadı evində küt alətlə qətlə yetirib və pul oğurlayaraq hadisə yerindən qaçıb.
Saxlanılan şəxs günahını etiraf edib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsi qəsdən öldürmə maddəsi üzrə istintaq davam etdirilir. Qətli törədən şəxsi 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.
Son xəbərlər
12:05
"SOCAR Polymer" 9 ayda ixracdan 197 milyon dollar gəlir əldə edib
Energetika
12:01
Foto
"Wizz Air" Bakıdan Bratislavaya birbaşa uçuşlara başlayıb
İnfrastruktur
12:00
Milli Məclisdə "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi müzakirə edilir
Milli Məclis
11:59
AMB: Maliyyə Nazirliyinin not yerləşdirmələri pul siyasətinə təsir etmir
Maliyyə
11:57
Taleh Kazımov: "İstehlak kreditlərinin artımında risk görmürük"
Maliyyə
11:56
Foto
Azərbaycanın iki taekvondoçusu Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çıxış edəcək
Fərdi
11:56
Azərbaycanda 9 ayda neft-qaz sektoru üzrə büdcə daxilolmaları təxminən 13 milyard manat olub
Maliyyə
11:46
Maksim Yermoloviç: "MDB-nin ümumi birja əmtəə bazarının formalaşdırılmasına dair işlər gedir"
Maliyyə
11:45
Taleh Kazımov: "Banklar sərbəst vəsaitlərini bir-birlərinə yönəltməlidirlər"
Maliyyə