Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb

Hadisə
  • 09 noyabr, 2026
  • 00:30
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb

Bakı-Sumqayıt magistral yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə yolun Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən piyadanı vurub. Ağır xəsarətlər alan piyada hadisə yerindəcə ölüb.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

Hadisənin başvermə səbəbi araşdırılır.