Sosial şəbəkədə vətəndaşa dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Hadisə
- 10 avqust, 2024
- 04:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə dələduzluqda şübhəli bilinən Nicat Abdullayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Report”a verilən məlumata görə, həmin şəxs “TikTok” sosial şəbəkəsində tanış olduğu Hacıqabul rayon sakininə özünü bank işçisi kimi təqdim edərək ona onlayn yolla kredit verəcəyini vəd edib. Vətəndaşa 1 600 manat məbləğində kredit təsdiq olunandan sonra isə N.Abdullayev həmin pulu öz kartına yönəldirib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
N.Abdullayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
Son xəbərlər
10:58
ADB rəsmisi: "Azərbaycanın ekstremal hava şəraitinə qarşı davamlılığı artıracağıq"
Maliyyə
10:58
Azərbaycan və Somali media sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib
Daxili siyasət
10:58
Səudiyyə İƏT ölkələrini korrupsiyaya qarşı mübarizədə məlumat mübadiləsini gücləndirməyə çağırıb
Xarici siyasət
10:56
"BMT-Qadınlar" qurumunun rəsmisi Bakı Forumunda gender bərabərsizliyi məsələsini qaldırıb
Xarici siyasət
10:52
BMT rəsmisi: Dünyada 133 milyon qız məktəb təhsilindən məhrumdur
Xarici siyasət
10:52
Qətər İƏT ölkələrini Məkkə Konvensiyasının ratifikasiyasını sürətləndirməyə çağırıb
Xarici siyasət
10:51
ADB Azərbaycan Mərkəzi Bankı ilə tənzimləmə çərçivəsinin gücləndirilməsi üzrə əməkdaşlıq edir
Maliyyə
10:49
BMT rəsmisi: Avropa və Mərkəzi Asiyada qadınlar ev işləri ilə kişilərdən 3,4 dəfə çox məşğul olurlar
Xarici siyasət
10:47
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Hadisə