BMT rəsmisi: Avropa və Mərkəzi Asiyada qadınlar ev işləri ilə kişilərdən 3,4 dəfə çox məşğul olurlar
- 28 oktyabr, 2026
- 10:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropada, həmçinin Mərkəzi Asiyada qadınlar kişilərlə müqayisədə ev işləri ilə 3,4 dəfə çox məşğul olurlar.
"Report" xəbər verir ki, bunu BMT-nin Qadınlar üzrə Qurumunun (UN Women) Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin Regional direktor müavini Elisa Fernandez Saenz Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Bilik, söz haqqı və liderlik: ortaq gələcək naminə müxtəlif mədəniyyətlərdə qadınların və qızların imkanlarının genişləndirilməsi" adlı panel sessiyasında deyib.
Onun sözlərinə görə, dünyada ayrı-seçkiliyə aparan normalara məhdudiyyət qoyulmalıdır:
"Avropada, həmçinin Mərkəzi Asiyada qadınlar kişilərlə müqayisədə ev işləri ilə 3,4 dəfə çox məşğul olurlar. Bu onların təhsilinə, işinə və şəxsi karyerasına birbaşa təsir edir".
Direktor müavini həmçinin gənc qadınları gələcəyin uğurlu iş adamları kimi dəyərləndirib:
"Buna görə də onlara dəstək olduqca önəmlidir. Amma dünya təcrübəsi göstərir ki, kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmır".