Siyəzəndə 43 yaşlı qadın boğularaq öldürülüb, qohumu şübhəli bilinir

Hadisə
  • 27 oktyabr, 2026
  • 12:27
Siyəzəndə 43 yaşlı qadın boğularaq öldürülüb, qohumu şübhəli bilinir

Siyəzən rayonunda 43 yaşlı qadın boğularaq öldürülüb, qohumu şübhəli qismində saxlanılıb.

"Report"un Şimal bürosunun məlumatına görə, Siyəzən şəhər sakini, 43 yaşlı Xəyalə Muradağa qızı Ağamalıyeva yaşadığı evdə boğularaq öldürülüb.

Əməli törətməkdə şübhəli bilinən rayonun Böyük Həmyə kənd sakini, 45 yaşlı Naqil Səmədağa oğlu Ağamalıyev polis tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.