Samuxda ölümlə nəticələnən yol qəzasının təfərrüatı məlum olub – Yenilənib
- 17 noyabr, 2026
- 21:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Samux rayonu ərazisində baş verən ağır yol qəzasının təfərrüatı məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun "Kür yolu" adlanan ərazisində qeydə alınıb.
Belə ki, "Chevrolet Niva" markalı nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq aşması nəticəsində Daşkəsən rayon sakini, 1994-cü il təvəllüdlü Aslanov İlyas İlham oğlu hadisə yerində ölüb
1981-ci il təvəllüdlü Məmmədov Əziz Kamran oğlu isə xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.
Samuxda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, bir nəfər yaralanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.